39
bu dediklərimi oxuyub onlara əməl etsən, nə qədər qabil olduğunu dərk
edərsən, lakin bunu anlayandan sonra öz bilik və istedadınla lovğalanma.
Hər şeyi öyrənib bilsən də, özünü bilməyən hesab et, çünki sən
yalnız o zaman alim hesab edilə bilərsən ki, hələ də özünün nadan
olduğunu başa düşəsən. Bu barədə belə bir hekayət də vardır.
Hekayət. Eşitmişəm, Xosrovun
23
hakimiyyəti və Bozorgmehrin
24
vəzirliyi dövründə Rumdan çox savadlı bir elçi gəlir. Xosrov o zamankı
fars şahlarının adətinə görə taxta oturub elçini qəbul edir. Elçi öz
etibarnaməsini təqdim etdikdən sonra şah da özünün Bozorgmehr kimi
vəziri olduğunu göstərmək üçün etibarnaməni onun vasitəsilə alır və
söhbət zamanı elçinin yanında Bozorgmehrə deyir: “Filankəs, dünyada
nə varsa, hamısını sən bilirsən...” və istəyir o desin: “Bəli, bilirəm”, lakin
Bozorgmehr deyir: “Xeyr, hökmdarım, bilmirəm”. Xosrov pərt olur,
elçidən utanır və soruşur: “Bəs hər şeyi bilən kimdir?” Bozorgmehr
deyir: “Hər şeyi hamı birlikdə bilir, hamı isə hələ anadan olmamışdır”.
Ey oğul, sən özünü hamıdan bilikli hesab etmə, elə ki özünü
bilməyən hesab etdin, bilən olarsan, əsl bilən ona deyərlər ki,
bilmədiyini öyrənə.
Sokrat bütün böyüklüyünə baxmayaraq demişdir: “Mən özümdən
başqa böyük və ağıllı adamların mənə tənə vuracaqlarından və
Sokrat dünyanın bütün biliklərini öyrənmək iddiasında olmuşdur”
deyəcəklərindən qorxmasaydım, mütləq deyərdim ki, mən heç nə
bilmirəm və öyrənməyə də acizəm, lakin bunu deyə bilmirəm, çünki
bu mənim tərəfimdən çox böyük iddia olardı”.
Əbu Şükur Bəlxi
25
bir beytdə özünün çox böyük alim olduğunu
tərifləyir, o beyt budur:
O yerə çatmışdır indi elmim ki,
Anlayıb bilmişəm - hələ nadanam.
Ey oğul, nə qədər böyük alim olsan da, öz biliyinlə qürrələnmə,
öhdəsindən gələ biləcəyin işlərdə də öz rəyin haqqında böyük fikirdə
TƏVAZÖ VƏ BİLİYİN ARTIRILMASI HAQQINDA