44
Hekayət. Eşitmişəm, bir dəfə Harun ər-Rəşid
29
yuxuda görür ki,
bütün dişləri tökülübdür. Səhəri yuxuyozanı çağırıb soruşur:”Bu
yuxunun mənası nədir?” Yuxuyozan deyir: “Əmirəlmöminin ömrü
uzun olsun, bütün qohum-əqrəban səndən qabaq öləcək, belə ki,
heç kəs qalmayacaqdır”. Harun ər-Rəşid deyir: “Bu yuxuyozana yüz
çubuq vurun, o belə bir ağır xəbəri nə üçün mənim üzümə dedi, bütün
qohum-qardaşım məndən qabaq öləcəksə, onda mən kimə lazımam?!”
Əmr etdi, başqa yuxuyozanı çağırdılar, yuxunu ona danışdı.Yuxuyozan
dedi: “Əmirəlmöminin gördüyü bu yuxu göstərir ki,Əmirəlmöminin
bütün qohum-əqrəbasından çox yaşayacaqdır”. Harun ər-Rəşid dedi:
Ağlın hökmü eynidir, təbir həmin təbirdir, lakin ibarələrdə böyük fərq
vardır”. Əmr etdi, haman kişiyə yüz dinar versinlər.
Deməli, sözün dalına-qabağına fikir vermək lazımdır, dediyin
sözü ən gözəl tərzdə demək lazımdır ki, həm söz anladan
olasan,həm söz anlayan. Əgər dediyin sözü anlamasan, səninlə
tutuquşunun nə fərqi var? O da söz deyə bilir, lakin söz anlayan
deyil. Söz anlayan ona deyərlər ki, onun da sözünü başqaları
anlasın, belələri ağıllı adamlar hesab edilər, əks halda insan
deyil, heyvan zümrəsindən sayılarlar. Sözü böyük hesab et,
söz göydən enmişdir, onun qədrini bil, yerində deyilməli sözü
saxlama, de, lakin yersiz danışmaqla da onu qiymətdən salma
ki, hikmətə zülm etmiş olmayasan!
Nə desən düzünü de, mənasız müddəalarda olma. Hər
müddəa üçün isə çox da sübuta can atma. Bilmədiyin elmdən
dəm vurma, o elmdən çörək gözləmə, çünki sən elə elmdən, elə
minbərdən məqsədinə çata bilməzsən, yalnız bildiyin elmdən
məqsədə çata bilərsən. Bilmədiyin şeydən heç şey əldə edə
bilməzsən.
Hekayət. Eşitmişəm, deyirlər ki, Xosrov (Ənuşirəvan) dövründə
bir qadın Bozorgmehrin yanına gəlib bir məsələ haqqında ondan
söz soruşur. Bu zaman Bozorgmehrin başı qarışıq imiş, deyir: „Ey
qadın, sən soruşduğun şeyi mən bilmirəm“. Qadın deyir: „Bunu
NATİQLİK MƏHARƏTİNİ ARTIRMAQ HAQQINDA