45
bilmirsənsə, bəs nəyə görə bizim hökmdarın çörəyini yeyirsən?“
Bozorgmehr deyir: „Bildiyim şeyə görə. Şah yalnız bildiyim şeyə görə
mənim haqqımı verir. Bacarırsansa, gəl özün hökmdardan soruş, gör o
bilmədiyim şey üçün mənə bir şey verir, ya yox?!“
Lakin işlərdə həddini aşma, ifratı zəhərli hesab et, hər məsələdə
orta olmağa çalış. Bizim şəriət sahibi deyibdir: „İşlərin xeyirlisi
ortada olanıdır“. Söz deyib iş görməkdə tələsmə. Mən ağır oturub
yavaş tərpənmək üstə danlanmağı, yüngüllük edib tələsmək üstə
təriflənməkdən üstün tuturam. Sənin yaxşı və pisliyinə dəxli olmayan
sirləri öyrənməyə çalışma, özündən başqa heç kəsə sirr demə, desən,
onu artıq sirr hesab etmə. Söz daxilən yaxşı olsa da, xaricən onu pisə
yoza bilərlər, çünki insanların çoxu bir-birindən bədgüman olar. Hər
işdə sözün, əməlin, vəziyyətin imkanına münasib olmalıdır. Hər nə
desən, elə de ki, hamı sənin sözlərinin doğruluğunu təsdiq etsin.
Söz ustaları yanında doğru adam kimi tanınsan da, özünü
hörmətdən salmaq istəmirsənsə, heç bir şey haqqında şahid olmağa
razılıq vermə. Əgər versən, canfəşanlıq göstərmə və könüllü olaraq
şahidlik etmə. Hər deyilən sözə qulaq as, lakin əməl etməyə tələsmə,
fikirləş, danış. Dediyindən peşman olmamaq üçün əvvəl düşün, sonra
sözü ağzından çıxar. Əvvəlcədən düşünə bilmək bacarmağa bərabərdir.
İşinə yarasa da, yaramasa da, heç bir sözü dinləməkdən darıxma,
beləliklə, qoyma söz qapıları sənin üzünə bağlansın, sözün faydasından
məhrum olasan. Heç vaxt soyuq danışma, soyuq danışmaq elə
toxumdur ki, onun meyvəsi düşmənlik olar.
Alim olsan, özünü nadan hesab et ki, bilik qapıları sənin üzünə
açılsın. Nə qədər ki, sözün eybini və hüsnünü anlamayıbsan, heç
vaxt onu kəsmə və ya tərifləmə. İstər böyük olsun, istərsə kiçik, hər
kəslə öz dili ilə danış ki, hikmətdən xaricə çıxmayasan və dinləyicini
darıxdırmayasan. Lakin danışarkən səndən dəlil və sübut tələb
edilərsə, belə yerdə elə danışmalısan ki, onları razı sala biləsən və
onların arasından canını salamat qurtara biləsən.
Əgər sən söz ustadı olsan, özünü bildiyindən az göstərməyə çalış
ki, söhbət vaxtı piyada olduğun meydana çıxmasın. Çox bilən, lakin az
NATİQLİK MƏHARƏTİNİ ARTIRMAQ HAQQINDA