46
danışan ol, az bilib çox danışan olma. Deyiblər ki, susmaq salamatlığa,
çox danışmaq isə ağılsızlığa bərabərdir. Çox danışan adam ağıllı olsa
da, onu ağılsız hesab edərlər, az danışan ağılsız olsa da, az danışdığı
üçün camaat onu ağıllı hesab edər. Nə qədər düz, təmiz və mömin
adam olsan da, özünü öymə, çünki sənin özün haqqındakı şahidliyini
heç kəs qəbul etməz, çalış səni xalq tərifləsin, nəinki özün özünü. Çox
bilirsənsə, yalnız kara gələnini, işə yarayanını de ki, zənganlı ələvi kimi
sənə də ziyan gətirməsin.
Hekayət. Eşitmişəm, deyirlər ki, Sahibin
30
dövründə Zənganda bir qoca
var idi. Bu qoca adlı-sanlı Şafei
31
(
Allah ona rəhmət eləsin) səhabələrindən
idi. Özü din xadimi, müfti, vaiz olmaqla qazi yanında müşavirlik də
edərdi. Zəngan rəisinin də ələvi (yəni Əli nəslindən olan) bir oğlu var
idi, o da vaiz və qazi yanında müşavir idi. Bunlar hər ikisi həmişə bir-
birini ifşa edər və minbərdən bir-birinə ağır sözlər deyərdilər. Bir gün
bu ələvi minbərdən həmən qocanı „kafir“ adlandırdı. Xəbəri qocaya
çatdırdılar, o da minbərdən haman cavanı „haramzadə“ adlandırdı. Bu
xəbəri də ələviyə çatdırdılar. Bərk özündən çıxdı, tez yerindən qalxıb
Rey
32
şəhərinə, Sahibin yanına getdi, həmən qocadan şikayət edib
ağladı və dedi: „Sizin dövrünüzdə yaramaz ki, Peyğəmbər övladını
haramzadə“adlandırsınlar“. Sahibin həmin qocaya acığı tutdu, qasid
göndərib onu Reyə çağırtdırdı. Şəriət üləması və seyidlərlə birlikdə
məhkəmə düzəldib qocaya dedi: „Ey şeyx, sən Şafei (Allah ona rəhmət
eləsin) imamlarının adamlarındansan, özün də alimsən, bir ayağın
buradadır, bir ayağın gorda, heç sənə yaraşarmı, Peyğəmbər övladına
haramzadə“ deyəsən? İndi ki bunu deyibsən, gərək sübut edəsən, yoxsa
sənə şəriətin vacib bildiyi elə bir cəza verəcəyəm ki, xalq bundan ibrət alsın
və heç kəs belə ədəbsizlik və hörmətsizliyə cəsarət etməsin“. Qoca dedi:
Sözümün doğruluğuna sübutum həmin ələvinin özüdür, onun üçün
onun özündən daha inandırıcı sübut ola bilməz. Lakin mənim sözümə
görə, o, halalzadə və təmizdir, öz sözünə görə isə haramzadədir“. Sahib
dedi: „Bunu necə sübut edə bilərsən?“ Qoca dedi: „Bütün Zəngan bilir ki,
onun anasının kəbinini atasına mən kəsmişəm, o isə məni minbərdən kafir
adlandırmışdır. Əgər o bu sözü ürəkdən deyirsə, o zaman kafirin kəsdiyi
NATİQLİK MƏHARƏTİNİ ARTIRMAQ HAQQINDA