56
Şıltaq qoca olma. Deyiblər ki, şıltaq qoca daha pis olar. Murdar şıltaq
qocalardan özünü gözlə. Qocalığa qarşı cavanlığa nisbətən daha lütfkar
ol! Çünki cavanın hələ qocalmaq ümidi var, qocanın isə ölümdən
başqa gözlədiyi bir şey yoxdur. Ona görə ki, sünbül yetişdikdə onu
biçməsələr, özü tökülər, eləcə də meyvə dəydikdə dərilməsə, özü
düşər. Mən bu barədə demişəm:
Əgər taxtın ayaqların ay üstünə belə qoysan,
Süleyman
43
tək dövlət və bəxt sahibi də əgər olsan,
Ömrün başa çatan zaman gərək yükü bağlayasan,
Çünki meyvə yetişdimi, ağacda saxlayammazsan!
Əli Əmirəlmöminin də (Allah ondan razı olsun) demişdir:
Ömür axıra yetəndə tez görünər nöqsanı,
Elə ki sona çatdı, tərk eyləyər insanı.
Onu da bilməlisən ki, səni həmişə olduğun kimi qalmağa
qoymayacaqlar. Hisslərin kardan düşməyə başlayanda, görmə,
danışma, eşitmə, qoxu bilmə, toxunma və dad bilmə qapıları sənin
üzünə bağlananda nə sən öz həyatından bir ləzzət alacaqsan, nə də
xalq sənin varlığından razı qalacaq, camaata yük olacaqsan. Belə
yaşamaqdansa, ölmək yaxşıdır.
Lakin elə ki qocaldın, gərək cavanlıq hoqqabazlıqlarından
əl çəkəsən, çünki ölümə yaxın olduqca cavanlıqdan bir o qədər
uzaqlaşırsan. İnsanların ömrü günəş kimidir: cavanların günəşi
şərqdə, qocalarınkı isə qərbdə olar. Qərbdə olan günəşi isə batmış
hesab et. Mənim dediyim kimi:
Qocalığın əlində acizdir dünya şahı,
Sinn altmışa çatdımı, demək yaxındır səfər.
Gündüz namazı keçmiş, gəlmişdir əsr namazı,
Əsr namazı getdimi, gecəninki tez gələr.
QOCALIQ VƏ CAVANLIQ QAYDALARI HAQQINDA