68
Əgər sənin qulamlarından bir xata baş versə, bağışla, qonaqların
yanında danlama, üzünü turşudub onlarla dava-dalaşa başlama və
demə ki, “bu niyə belə pisdir, bu niyə belə yaxşıdır”. Əgər bir şey sənin
xoşuna gəlməyibsə, başqa vaxt deyə bilərsən ki, belə etməsinlər, qonaq
yanında isə gərək özünü saxlayıb dözəsən. Əgər qonağın min axmaqlıq
edib nalayiq sözlər desə, hamısını bağışla və ona layiqincə xidmət et.
Hekayət. Eşitmişəm, bir dəfə xəlifə Mötəsim
49
öz qarşısında
bir günahkarın boynunun vurulmasını əmr edir. O kişi deyir: “Ya
əmirəlmöminin, o böyük Allah xatirinə mənə bir içim su verib qonaq
edin, yaman susuzam, sonra nə istəyirsiniz, onu da edin”. Mötəsim
and xatirinə əmr edir ona su versinlər. O kişi suyu içdikdən sonra ərəb
adətinə görə deyir: “Ya əmirəlmöminin, Allah sənin payını artıq eləsin,
mən bu bir içim su ilə sənin qonağın oldum, indi isə insanlıq naminə
qonağı öldürməzlər, məni öldürmə, bağışla ki, sənin əlinlə tövbə etmiş
olum”. Mötəsim deyir: “Doğru deyirsən, qonağın haqqı böyükdür, səni
bağışladım, bundan sonra bir daha xata etmə, çünki sənə də qonaqlıq
haqqını yerinə yetirmək vacibdir”.
Lakin qonaqlıq haqqı haqq qanan, qədirbilən adamlar üçündür,
yoxsa bu o demək deyildir ki, hər qabağına çıxanı, ya hər tüfeylini
evinə aparıb yedirdib-içirdəsən, əzizləyib yola salasan ki, nə var, bu
mənim qonağımdır. Kimə yaxınlıq edib, kimə ürək verməyi bilmək
lazımdır.
Haşiyə. Əgər qonaq olsan, hər kəsə qonaq olma ki, ada-sana ziyanı
vardır. Qonaq getdikdə ac getmə, tox da getmə ki, bir şey yeyə
biləsən və süfrə sahibinin ürəyinə dəyməyəsən. Şərab iç, lakin
ifrat etmə, eyib olar. Süfrə sahibinin evinə getsən, dost evi olsa
da, elə yerdə otur ki, ora sənin yerin olsun, sırtıq olma, süfrə
başında və mey məclisində füzulluq etmə və süfrə xidmətçilərinə
demə ki, “ay filankəs, filan nimçəni, filan kasanı filan yerə qoy”,
özünü elə göstərmə ki, guya mən bu ev adamıyam. Üzlü qonaq
olma, camaatın kasa və nimçəsinə göz dikmə. Öz nökərlərinə
QONAQ ETMƏK, QONAQ GETMƏK VƏ ONLARIN ŞƏRTLƏRİ HAQQINDA