69
süfrədən bir şey vermə ki, deyiblər: “Süfrədən pay səfillikdir”. Şərab
düşkünü olma, elə et ki, yol gedərkən sənin sərxoşluğunu bilməsinlər,
elə keflənmə ki, insanlıq simasını itirəsən. Məstliyi evində et, dilinə
bircə qədəh şərab dəyibsə, nökərlərin yüz günah etsələr və tənbehə
layiq olsalar da, yenə onlara cəza vermə, çünki heç kəs bu tənbehi qəbul
etməz, hamı deyər ki, kefli olduğu üçün belə edir. Nə etmək istəyirsənsə,
şərab içməmiş et, onda bilərlər ki, məqsədin budur, içdiyin üçün deyil.
Sərməst nə etsə, onu sərxoşluğa yozarlar, deyərlər ki, dəliliyi tutub.
Deyirlər: “Əlcünün-fünun”, yəni “dəlilik cürbəcür olar”.
Sərməstliyin növü müxtəlifdir: çoxlu əl çalıb ayaq yerə döymək,
ağlamaq, gülmək, mahnı oxumaq, yeməkdə şitini çıxarmaq, zəvzəkləyib
çox danışmaq, danışmayıb hey susmaq, mehribanlıqda həddini aşmaq,
qulluq göstərməkdə ifrata varmaq – bunların hamısı ya sərməstlikdir,
ya dəlilik.
Bütün bu dediklərimdən özünü qoru, ailə üzvlərindən və
qullarından başqa heç bir yad adamın qarşısında sərməstlik etmə.
Hərçənd cavanlara yüngül musiqi xoş gəlir, onu sevirlər, çalırlar və
çalınmasını tələb edirlər, lakin əgər sən xanəndə və mütrüb çağırsan,
təkcə yüngül hava oxumalarını istəmə, qoy səni diringiçi və mey
düşkünü hesab etməsinlər.
QONAQ ETMƏK, QONAQ GETMƏK VƏ ONLARIN ŞƏRTLƏRİ HAQQINDA