70
Bil, ey oğul, deyiblər: “zarafat şərin müqəddiməsidir”, yəni zarafat
bütün bəlaların bələdçisidir. Bacardıqca şit zarafatdan qaç, əgər zarafat
etsən, heç olmazsa, məst vaxtı etmə, belə halda şər və bəla daha çox olar.
İstər ayıq ol, istərsə məst, nalayiq zarafatlardan və söyüş söyməkdən utan,
xüsusilə nərd və şahmat oynadıqda, çünki bu iki oyunda adamlar daha tez
əsəbiləşir və zarafata az davam gətirirlər. Çox nərd və şahmat oynamağı
özünə adət etmə, oynamalı olsan, hərdənbir oyna, quşdan, qoyundan,
qonaqlıqdan və ya bunlardan daha kiçik olan bir şeydən oyna.
ZARAFAT, NƏRD, ŞAHMAT
VƏ ONLARIN ŞƏRTLƏRİ
HAQQINDA
ZARAFAT, NƏRD, ŞAHMAT VƏ ONLARIN ŞƏRTLƏRİ HAQQINDA
13