73
Cəli
1
din Əlinin sayəsində möhkəmləndi.
Ondan başqa bu zəmanədə ədalətli və insaflı birisi yoxdur.
Odur bu pak şəriətin ən ədalətli hökm sürəni.
Məhəmmədin düşmənləri onun düşmənləridir.
Aləm və adəm onunla fəxr edir.
O tək olan Allan başqa birisinə şir deməyib,
Naz-qəmzə ilə yürüyənlər isə tülkülərdir.
Elmin bilicisidir və elmin mənbəyi olan
Elmin qapısıdır və mən onun elminin bir damcısıyam.
Odur Xeybərin fatehi ki, bir çox düşmənini
Həmişə bir nərə ilə darmadağın edərdi.
Döyüş meydanı onun gəlişindən sarsılardı.
O, düşmənlərin qarşısına qətiyyətlə çıxardı.
Saflığın zinəti, Kəbənin səyi, Zəmzəmin bəzəyi.
Səsi ilə iki atını fəth ilə zəfərə çağırardı.
Onun bayrağı hər tərəfdə dalğalanır.
Onu sevənlər həmişə şadlıq içində,
Onun düşmənləri isə hər zaman matəm içindədir.
SƏKKIZINCI BAB
Daha altı bəhrin artırılması haqqında
Bil ki, bir neçə cəhddən sonra ustadlar o altı üsul bəhrinin təsnifatını
apardılar və bunlar artıq dünya meydanında məşhur oldular. Ondan sonra
Xacə Səfiəddin Əbdülmömin
2
və ustadların ustadı, alimlərin alimi, böyük us-
tadımız, kəramətli, hörmətli və əzəmətli ədibimiz Mövlana əl-Həsən əl-Udi
adlı ruhpərvər ustad meydana çıxdılar və hər biri üsulları təsnif etdi. Həmin
üsullar bunlardır: birincisi – səqil, ikincisi – xəfif, üçüncüsü – çarzərb, dör-
düncüsü – vəsət, beşincisi – zərəfşan, altıncısı – rəməl. Bu daha altı bəhrdir
ki, cəmdə on iki bəhr olur.
1
Cəli – aydın
2
Səfiəddin Əbdülmömin ibn Yusif ibn Faxir əl-Urməvi (1217-1294) – böyük Azərbaycan
musiqişünası, “Kitabül-ədvar” və “Risaleyi-şərəfiyyə” əsərlərinin müəllifidir.