Background Image
Previous Page  5 / 208 Next Page
Information
Show Menu
Previous Page 5 / 208 Next Page
Page Background

3

ÖN SÖZ

Musiqi incəsənətinin qədim zamanlardan müasir dövrümüzədək insan məişətinin bütün incəliklərini əks et-

dirən və bu baxımdan öz mahiyyətini qoruyub saxlayan janrlarından biri də mahnıdır. Poetik obrazın musiqi ilə

üzvi şəkildə vəhdət təşkil etdiyi mahnı janrı vokal musiqinin sadə və geniş yayılmış formasıdır.

Mahnı irsimizin bir hissəsini xalq mahnıları, digər hissəsini isə professional bəstəkar mahnıları təşkil edir.

Azərbaycan muğam sənəti musiqi incəsənətimizin bütün janrlarına öz təsirini göstərmişdir. Həm xalq mah-

nıları, həm də bəstəkar mahnıları Azərbaycan muğamlarından bəhrələnmişdir. Ədəbi poetik mətnlərə əsaslanan

gözəl melodik prinsipə malik bir çox mahnı və təsniflərin müəllifləri olan Cabbar Qaryağdıoğlu, Qulu Əsgərov,

Hacıbaba Hüseynov, Əlibaba Məmmədov, Arif Babayev, Məmmədbağır Bağırzadə və s. kimi muğam ifaçıları bu

sənəti yaşatmaqla yanaşı, mahnı, təsnif, rəng, dəraməd və digər janrların yaranması və inkişaf etdirilməsində

böyük xidmətlər göstərmişlər.

Bu kitabda ustad sənətkar və xanəndə, Azərbaycan Respublikasının Xalq artisti, Azərbaycan Milli Konserva-

toriyasının Fəxri professoru Əlibaba Məmmədovun özünün müəllifi olduğu və uzun illər ifası ilə təbliğ etdiyi

mahnılar toplanıb.

Əlibaba Məmmədovun öz əhəmiyyəti ilə seçilən yaradıcılığındakı mahnıları da təsnifləri kimi muğam ifaçılı-

ğından bəhrələnmiş və mahnı janrının müxtəlif sahələrini əhatə etmişdir. Bu mahnıları xarakterik xüsusiyyət-

lərinə və tiplərinə görə ballada, serenada və s. kimi janrlarla da müqayisə etmək olar. Ustad xanəndənin bəstələ-

rində əmək, zəhmət, qəhrəmanlıq, sevgi və məhəbbət mövzuları əks olunmuşdur. Onun qəhrəmanlıq ruhunda

bəstələdiyi “Min yaşasın” mahnısı Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevə həsr olunmuşdur.

Görkəmli sənətkarın ərsəyə gətirdiyi və ifa etdiyi mahnılar yarandığı vaxtdan günümüzə qədər Azərbaycanda

dillər əzbərinə çevrilərək həm vokal-instrumental, həm də instrumental şəkildə ifa edilməkdədir.

Əlibaba Məmmədovun bəstələri bir çox müğənnilərin repertuarında mühüm yer tutur. Xalq artistləri Rübabə

Muradova və Zeynəb Xanlarova bu mahnıların əksəriyyətini uzun illər öz repertuarlarına daxil etmişlər. Lent

yazıları və CD-lərdən nota alınan mahnılardan “Sənə bağlıyam”, “Təzə il”, “Başımın tacısan”, “Necə unudum”,

“Qubanın dan ulduzu”, “Bahar gəlir” mahnıları Azərbaycan Respublikasının Əməkdar artisti Zümrüd Məmmə-

dova, “Allah bilir”, “Yanmasın gərək”, “Həmdəm bizə”, “Sədaqət məni”, “Şükür eylədim”, “Məhəbbət”, “Yaşarmı

söylə” mahnıları müğənni Könül Qəmbərova, “Bu canda”, “Hər kəsin sevəni yanında gərək”, “Səninlə keçən gün-

lər”, “Qızılgüllər arasında”, “İnandır məni” mahnıları Təhmiraz Şirinov tərəfindən, “Sənə inanıram mən” mahnı-

sı Əməkdar artist Gülüstan Əliyeva, “Anam doğma Azərbaycan” mahnısı yeddinci muğam müsabiqəsinin qalibi,

Azərbaycan Respublikasının Əməkdar artisti Təyyar Bayramov tərəfindən ifa olunmuşdur. Müəllifin “Məni sən-

dən, səni məndən” mahnısı ilk dəfə olaraq böyük ustalıqla ən yüksək vokal səs tessiturası nümayiş etdirməklə

Azərbaycan Respublikasının Xalq artisti Mənsum İbrahimov tərəfindən ifa olunmuşdur.

Əlibaba Məmmədov yaradıcılığı ilə Azərbaycan mahnı janrını daha da zənginləşdirmiş və Azərbaycan musiqi-

sinin dəyərlərinin qorunmasına öz töhfəsini vermişdir.