Background Image
Previous Page  9 / 208 Next Page
Information
Show Menu
Previous Page 9 / 208 Next Page
Page Background

7

Allah bilir

Sözləri: Məhəmməd Füzuli

Mehri könlümdə nihan olduğun mah bilir, –2

Kimsə bilməz, füqəra sirri-dilin şah bilir. –2

Sorman ol mahilə halı-dilimi tanrı üçün,–2

Biləli onu özün, bilməzəm Allah bilir. –2

Nəqərat:

Nəzəri-lütfi diriğ etmə Füzulidən kim, –2

Sənə sidqilə özün bəndeyi-dərgah bilir. –2

Gah yüz lütf qılır, gah təğafül guya, –2

Gah bilməz bu giriftarlığım, gah bilir. –2

Can fəda eyləməyi yara həmin mən bilirəm, –2

Bu təriqi demə hər qafilü-gümrah bilir. –2

Nəqərat: