Background Image
Previous Page  108 / 124 Next Page
Information
Show Menu
Previous Page 108 / 124 Next Page
Page Background

106

Şüştər təsnifi

Sevgilim, ləblərin sərməsti olan

Müəllifi bəlli olmayan bu şeir Əlibaba Məmmədova xanəndə

Zülfü Adıgözəlov tərəfindən təqdim edilmişdir.

Sevgilim, ləblərin sərməsti olan,

Yəqin ki, saqidən şərab istəməz.

Məşuqun qəlbində mürüvvət olsa,

Aşiqin qəlbini kabab istəməz.

Nəqərat:

Cəhd eylə, aşiqi camala yetir,

Rəqibi kuyindən zavala yetir.

Mən kimi xəstəni vüsala yetir,

Məgər gözəl olan savab istəməz?

Pərişan zülflərin əssin, bad olsun,

Rəqiblər kuyindən varsın, yad olsun.

Götür bərqi üzdən könül, şad olsun,

Günəştək camalın niqab istəməz.

Nəqərat: