Background Image
Previous Page  112 / 124 Next Page
Information
Show Menu
Previous Page 112 / 124 Next Page
Page Background

110

Hümayun təsnifi

Məni candan usandırdı

Sözləri: Məhəmməd Füzuli

Məni candan usandırdı, cəfadan yar usanmazmı? –2

Fələklər yandı ahimdən, muradım şəmi yanmazmı?

Qamu bimarinə canan dəvayi-dərd edər ehsan,

Neçün qılmaz mənə dərman, məni bimar sanmazmı?

Qəmim pünhan tutardım mən, dedilər yarə qıl rövşən, –2

Desəm, ol bivəfa bilmən, inanarmı, inanmazmı? –2

Füzuli rindü şeydadır, həmişə xəlqə rüsvadır, –2

Sorun kim, bu nə sevdadır, bu sevdadən usanmazmı? –2