Background Image
Previous Page  116 / 124 Next Page
Information
Show Menu
Previous Page 116 / 124 Next Page
Page Background

114

Hümayun təsnifi

Ey məni sevdası salan çöllərə

Sözləri: Hacı Ələmdar Mahir

Ey məni sevdası salan çöllərə,

Xəstə könül dərdə düçar oldu, gəl.

Fəsli baharda gələrəm söylədin, -2

Ötdü xəzan fəsli bahar oldu gəl,

Rəhm elə dünya mənə dar oldu gəl.

Nəqərat:

Gəldi o gündən ki, bahar, ağlaram,

Şamü səhər leylü nəhar ağlaram.

Müxtəsəri hər gecə zar ağlaram, –2

Sənsiz işim naləvü zar oldu gəl,

Rəhm elə dünya mənə dar oldu gəl.

Yaxdı oda atəşi-hicran məni,

Vəslinə çox qoyma nigaran məni.

Ayrılığın etdi pərişan məni, –2

Qəmli ürək döndü qubar oldu gəl,

Rəhm elə dünya mənə dar oldu gəl.

Nəqərat:

Hardasan, ey sevgili yarım mənim,

Gəl ki, dağılsın bu qubarım mənim.

Mən də deyim, gəldi nigarım mənim, –2

Özgələri yarına yar oldu gəl,

Rəhm elə dünya mənə dar oldu gəl.