Background Image
Previous Page  13 / 124 Next Page
Information
Show Menu
Previous Page 13 / 124 Next Page
Page Background

11

Rast təsnifi

Daim bu gözəllik o cəfapişədə qalmaz

Sözləri: Əliağa Vahid

Daim bu gözəllik o cəfapişədə qalmaz, –2

Tünd olsa, axar qanı meyin-şişədə qalmaz. –2

Şirin sözün ol lalərüxün gər görə Fərhad, –2

Dağı çalar öz başına bir tişə də qalmaz.

Vahid, bu gözəldir ki, deyib Gəncəli Şövqi,

“Gül qönçədə, söz qəlbdə, mey şişədə qalmaz”.