Background Image
Previous Page  10 / 124 Next Page
Information
Show Menu
Previous Page 10 / 124 Next Page
Page Background

8

Rast təsnifi

Bənzərəm bülbülə, gülzari-vətəndə gülə sən

Sözləri: Əliağa Vahid

Bənzərəm bülbülə, gülzari-vətəndə gülə sən,

Mən əgər ağlasam eşqində, gərək sən güləsən!

Nə qədər cövr eləsən, inciyən olmaz səndən,

Eşqi vardır sənə xəlqin, gözəlim, bir dənəsən.

Qısqanırlar sənə, ardınca güdürlər gecələr, -2

Gözlə ki, düşməyəsən boş yerə dildən-dilə sən! -4

Yaşının azlığına baxma, kamalın çoxdur, -2

Az zamanlarda gələrsən, gözəlim, hasilə sən.

Naz ilə yol yerişin, sadəliyin xoşma gəlir,

Bir cəhət var ki, yaraşmır sənə kəmhövsələsən.

Vahidin dəhrdə divaneyi-eşq olmağına, -2

Etmə zəncir kimi zülfün üzə silsilə sən. -4