Background Image
Previous Page  5 / 124 Next Page
Information
Show Menu
Previous Page 5 / 124 Next Page
Page Background

3

ÖN SÖZ

Təsnif – Azərbaycan şifahi ənənəli professional musiqisinin vokal-instrumental janrlarından biridir. Təsniflər

melodik baxımdan lirik, bəzən də oynaq xarakterli, tamamlanmış formaya malik bitgin əsərlərdir. Onlar həm

muğam dəstgahlarının daxilində, həm də müstəqil şəkildə ifa olunur.

Muğam ifaçılığında təsniflərin mühüm əhəmiyyəti var. Belə ki, təsnif muğamın bədii emosional təsir gücünü

artırır, muğam şöbələri arasında həm təzad, həm də bağlayıcı rol oynayır, muğamda metroritmik cəhətdən müəy-

yən ciddilik yaradır.

Təsniflər muğam dəstgahlarındakı yerinə görə də fərqlidir. Dəstgahın əvvəlində ifa olunan təsnif “Bərdaşt” və

ya “Mayə” funksiyası daşıyaraq muğamda “rəng” və “dəraməd” əhəmiyyəti kəsb edə bilər. Dəstgahda şöbələr arası

oxunan təsniflər isə həmin muğamın şöbələrinin əsas musiqi məzmununu və məqam xüsusiyyətlərini özündə

ehtiva edir.

Muğam sənəti ilə sıx bağlı olduğuna görə təsniflər öz mətninin məzmunu ilə deyil, tərkibinə daxil olduğu

dəstgahın və onun şöbələrinin adı ilə adlandırılır. Məsələn, “Rast” dəstgahında ifa olunan təsniflər muğamın və

onun hissələrinin adına uyğun “Rast təsnifi”, “Vilayəti təsnifi”, “Əraq təsnifi” və bu kimi formada adlandırılır.

Çox vaxt isə təsniflər aid olduğu muğamın adı ilə – “Şur təsnifi”, “Segah təsnifi” adlandırılır.

Xanəndələr tərəfindən təsniflərin müstəqil şəkildə ifası da geniş yayılıb. Lakin müstəqil formada ifa olunsa da

o, muğamın ayrılmaz bir hissəsi kimi təqdim edilir. Belə ki, müstəqil oxunan təsnifin ya əvvəlində, ya da orta

hissəsində aid olduğu muğamın bir neçə şöbəsinin musiqi xüsusiyyətləri cəmləşir.

Təsniflərin poetik dili çox zəngindir. Mətn klassik poeziya nümunələrindən – qəzəl, müxəmməs, müsəddəs və

bu kimi janrlarla yanaşı, həm də qoşma, bayatı, gəraylı və digər lirik şeir formalarından ibarət olur. Bədii məz-

mun baxımından təsniflərin poetik mövzusu əsasən lirik – məhəbbət hisslərini, gözəlliyi, vətəni, bir sözlə sevgi

dolu duyğuları tərənnüm edir.

Təsniflərin meydana gəlməsində yaradıcı xanəndələrin mühüm xidmətləri var. Təsnif bəstələyən sənətkar

muğama dərindən bələd olmalıdır. Bu, təsnif janrının xarakterik xüsusiyyətlərindəndir. Azərbaycan muğam ifa-

çılığı tarixində adı hörmətlə çəkilən Keçəçioğlu Məhəmməd, Məşədi Məhəmməd Fərzəliyev, Ələsgər Abdullayev,

Cabbar Qaryağdıoğlu, Seyid Şuşinski, Xan Şuşinski kimi unudulmaz sənətkarlarımız mahir ifaçı olmaqla bərabər

neçə-neçə təsniflərin də müəllifidirlər. Sonralar bu cəhət digər xanəndələrin, xüsusən Əlibaba Məmmədov, Əbül-

fət Əliyev, Qulu Əsgərov, Hacıbaba Hüseynov, Arif Babayev və Canəli Əkbərovun yaradıcılığında da davam etdirildi

və onların bəstəsi olan yeni təsniflər yarandı. Xanəndələrlə yanaşı bir sıra instrumental ifaçılar – Əhsən Dadaşov,

Əhməd Bakıxanov, Habil Əliyev kimi sənətkarlar da təsniflər qoşublar.

Təsnif janrı xalq musiqisinin inkişafına, xüsusən də xalq mahnılarının yaranıb formalaşmasına mühüm

təkan vermişdir. Bir çox təsniflərdən bəstəkarlarımız öz əsərlərində istifadə etmişlər. Dahi bəstəkarımız Üzeyir

Hacıbəylinin “Leyli və Məcnun” operasında, Fikrət Əmirovun “Şur” və “Kürd ovşarı” simfonik muğamlarında,

“Azərbaycan kapriççiosu”nda, Səid Rüstəmovun “Durna” musiqili komediyasında və digər bəstəkarların əsərlərin-

də təsniflərin istifadəsinə rast gəlinir.

Bu kitabda ustad sənətkar və xanəndə, Azərbaycan Respublikasının Xalq artisti, Azərbaycan Milli Konservatori-

yasının Fəxri professoru Əlibaba Məmmədovun bəstələdiyi təsniflər toplanıb.

Əlibaba Məmmədovun təsniflərini dinləyəndə və onların not yazısını nəzərdən keçirəndə burada sözlə musiqi-

nin vəhdəti, melodik çalarların zənginliyi, ritmik xüsusiyyətlərin məzmunla bağlı ahəngdarlığı, müxtəlif tonallıq-

lara edilən modulyasiyalar və onların düzgün həlli kimi peşəkar musiqiyə xas olan cəhətlər diqqəti cəlb edir.

Gənc yaşlarından təsniflər bəstələyən xanəndənin ilk bəstəsi Məhəmməd Füzulinin qəzəlinə “Hümayun təsni-

fi” olub. Onun tələbə ikən bəstələdiyi “Müxalif təsnifi”ni (sözlər M. Füzulinindir) müəllimi, ustad xanəndə Seyid

Şuşinski çox bəyənmiş və “Çahargah” dəstgahında bu təsnifi oxumağı tövsiyyə etmişdir.

Əlibaba Məmmədov Məhəmməd Füzuli, Seyid Əzim Şirvani, Əliağa Vahid, Süleyman Rüstəm, Hüseyn Arif,

Ələmdar Mahir və digər şairlərin qəzəlləri, şeirləri ilə yanaşı, özünün müəllifi olduğu şeirlərə də təsniflər bəstələ-

yib. Bunlardan “Dilkəş təsnifi”ni (Yollarda qalıbdı gözüm), “Dəşti təsnifi”ni (Sənin eşqin məni gətirdi dilə),

“Bəstənigar təsnifi”ni (Bülbüllər uçdu bağa) göstərmək olar.