Background Image
Previous Page  32 / 60 Next Page
Information
Show Menu
Previous Page 32 / 60 Next Page
Page Background

Xanəndənin mahnı və təsnifləri yalnız özünün deyil, adlı-sanlı

müğənnilərin də repertuarında mühüm yer tutur. Onun "Ana yur-

dum", "Mənim Azərbaycanım", "Bakı", "Vətən yaxşıdır", "Beləyəm",

"Ürək deyir: "Yaşa hələ!", "Ağarma, saçım", "Sədaqət məni", "Min yaşa-

sın", "Gəl bizə, yar", "Özün bilərsən" mahnıları, "Rast", "Mahur", "Dü-

gah", "Qatar", "Bayatı-Qacar", "Şur", "Segah", "Dəşti", "Bayatı-Şiraz",

"Çahargah" və s. təsnifləri dillər əzbəridir.

Əlibaba Məmmədov vaxtilə təkcə Azərbaycanda deyil, keçmiş Sovet

İttifaqının bir çox respublikalarında konsertlər verərək tamaşaçıların

dərin rəğbətini qazanmışdır. O, nəinki ölkəmizdə, onun hüdudların-

dan çox-çox kənarda da sayılıb-seçilən bir nəğməkardır.

Görkəmli xanəndə 1959 və 1961-ci illərdə Moskvada keçirilən Azər-

baycan Ədəbiyyatı və İncəsənəti Ongünlüklərinin iştirakçısı olmuş,

haqqında dövri mətbuatda, o cümlədən "Pravda" qəzetində dəyərli fi-

kirlər söylənilmişdir. O, həmçinin Azərbaycan SSR Ali Soveti Rəyasət

Heyətinin fəxri fərmanı ilə təltif olunmuşdur.