Background Image
Previous Page  29 / 60 Next Page
Information
Show Menu
Previous Page 29 / 60 Next Page
Page Background

27

"Bayatı-kürd" muğamının əsas şöbələrindən olan "Dəşti" muğam

ifaçılığı tarixində müstəqil muğam kimi, demək olar, nadir hallarda

oxunub. "Dəşti" muğamından söz düşəndə Əlibaba Məmmədov deyir

ki, "Dəşti"nin "Bayatı-kürd" və "Kürdü" ilə musiqi dili və intonasiya

cəhətdən oxşarlığı var. Buna görə də xanəndə "Dəşti" oxuyarkən son

dərəcə ehtiyatlı olmalıdır.

O zamanlar "Dəşti" musiqi məktəblərində ayrıca muğam kimi ke-

çirilmirdi. Əlibaba müəllimin əmisi Güləhməd bir gün sözarası Seyid

Şuşinskinin gözəl "Dəşti" oxumasını söyləyir. Gənc müğənninin qəl-

bində bu muğamı müəllimindən öyrənib oxumaq istəyi baş qaldırır.

İstəyini ustadına yetirir. Ağa tələbəsinin sözünü yerə salmayıb onun

üçün "Dəşti" muğamını oxuyur ki, bacarırsa yadında saxlasın. Əlibaba

Məmmədov da muğamı yadından çıxartmamaq üçün ürəyində dönə-

dönə oxuyur, hətta yaddaşına etibar etməyib oxuyub maqnitofona da

yazdırır. Bundan sonra o, muğamın üzərində yorulmadan işləyir.