Background Image
Previous Page  40 / 60 Next Page
Information
Show Menu
Previous Page 40 / 60 Next Page
Page Background

Yaradıcılığı və pedaqoji fəaliyyəti ilə milli musiqi xəzinəmizin zən-

ginləşdirilməsində böyük rolu olmuş ustad sənətkarın xidmətləri hər

zaman xalqımız və dövlətimiz tərəfindən yüksək qiymətləndirilib. O,

respublikanın Əməkdar və Xalq artisti fəxri adlarına layiq görülüb,

bir sıra fəxri fərmanlarla, "SSRİ mədəniyyət əlaçısı" fəxri döş nişanı

ilə təltif olunub. Ustad sənətkarın 60, 70, 80 illik yubileyləri təntənəli

surətdə qeyd olunub.

Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 4 fevral

2000-ci il tarixli fərmanı ilə Əlibaba Məmmədov 70 illik yubileyi ərəfə-

sində "Şohrət" ordeni ilə təltif edilib. 2010-cu ildə Azərbaycan Respub-

likasının Prezidenti İlham Əliyev ustad sənətkarı "İstiqlal" ordeni ilə

təltif edib. O, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçü-

südür.

10 may 2009-cu ildə qədim muğam irsinin qorunmasında, muğam

ifaçılıq məktəbinin inkişafında, yeni ifaçılar nəslinin yetişməsindəki

xidmətlərinə görə Xalq artisti Əlibaba Məmmədov Heydər Əliyev Fon-

dunun təsis etdiyi "Qızıl çinar" beynəlxalq mükafatına layiq görülüb.