Background Image
Previous Page  43 / 60 Next Page
Information
Show Menu
Previous Page 43 / 60 Next Page
Page Background

41

Xalq artisti Əlibaba Məmmədova

Hörmətli Əlibaba Məmmədov!

Sizi, Azərbaycan musiqi mədəniyyətinin görkəmli nümayəndəsini, 70 illik yubileyiniz münasibətilə səmimi-qəlbdən təbrik

edirəm.

Siz xalq musiqimizin incəliklərini, klassik Azərbaycan poeziyasının nümunələrini gözəl bilən və öz orijinal ifa üslubu ilə

milli musiqi xəzinəmizi zənginləşdirən sənətkarlardansınız. Muğam, təsnif və xalq mahnılarımızın mahir ifaçısı kimi sizin əlli

illik yaradıcılıq yolunuz milli xanəndəlik məktəbinin ənənələrinin qorunub saxlanılması və inkişaf etdirilməsi işinə xidmətin

gözəl nümunəsidir. Klassik musiqimizin bir çox incilərinə yeni nəfəs, yeni həyat verməklə fitri istedadınızı, novatorluq bacarı-

ğınızı və böyük işgüzarlığınızı əyani şəkildə nümayiş etdirmisiz. Yüksək səhnə mədəniyyəti, məlahətli səs və bənzərsiz ifa tərzi

ilə səciyyələnən sənətiniz xalqımızın böyük rəğbət və məhəbbətini qazanmışdır.

Uzun illər rəhbərlik etdiyiniz "Hümayun" Xalq Çalğı Alətləri Ansamblı milli musiqimizin təbliğ olunmasında və ölkəmizdə

yeni istedadların üzə çıxarılmasında mühüm rol oynamışdır. Öz repertuarının rəngarəngliyi və zənginliyi ilə seçilən bu an-

samblın fəaliyyəti musiqi ictimaiyyətimiz tərəfindən həmişə yüksək qiymətləndirilmişdir.

El musiqisi əsasında yaratdığınız mahnı və təsniflər çoxşaxəli yaradıcılığınızın yeni çalarlarını aşkar etmişdir. Vətən, xalq

sevgisi, yüksək əxlaqi dəyərləri tərənnüm edən bu əsərlər ölkəmizin musiqi həyatında öz layiqli yerini tutmuşdur.

Sizin Asəf Zeynallı adına Musiqi Texnikumu və Bülbül adına Orta İxtisas Musiqi Məktəbindəki pedaqoji fəaliyyətiniz də

təqdirəlayiqdir. Respublikada istedadlı ifaçıların yeni nəslinin yetişdirilməsində sizin zəhmətiniz böyükdür. Onların bir çoxu

artıq öz yaradıcılığı ilə xalq arasında böyük hörmət qazanmış adlı-sanlı sənətkarlardır.

İnanıram ki, zəngin təcrübənizdən istifadə edərək yeni xanəndələr nəslinin yetişdirilməsi yolunda bundan sonra da əliniz-

dən gələni əsirgəməyəcək və muğam ifaçılığı məktəbinin daha da inkişaf etdirilməsi üçün səylərinizi davam etdirəcəksiniz.

Sizə cansağlığı, xoşbəxtlik və yaradıcılıq uğurları arzulayıram.

HEYDƏR ƏLİYEV

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 4 fevral 2000-ci il.