Fəaliyyət

02_YEKUN TUR-RESPUBLIKA.JPG

Ulu öndər Heydər Əliyevin anadan olmasının 87-ci ildönümü ərəfəsində onun zəngin həyat və fəaliyyətinə həsr edilmiş məktəblilərin inşa müsabiqəsinə yekun vurulmuşdur.Bu münasibətlə mayın 6-da “Gülüstan” Sarayında təşkil olunan mərasimdə üç mərhələdən ibarət müsabiqənin son mərhələsinə qatılan 96 şagird arasında ən yaxşı yazıların qaliblərinin adları elan edilmişdir...

KITAB-HEYDAR ALIYEV.JPG

Moskvada “Qloballaşma şəraitində mədəniyyətlərin qarşılıqlı fəaliyyəti” kitabı çapdan çıxmışdır. Kitab Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin dəstəyi ilə ərsəyə gəlmişdir. Nəşr Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş və ötən il iyunun 15-də Rusiya Elmlər Akademiyasının Fəlsəfə İnstitutunda keçirilmiş beynəlxalq elmi konfransın materialları...

Heydər Əliyev Fondu “Frederik Şopen ili” layihəsi çərçivəsində dahi bəstəkarın həyat və yaradıcılığına həsr olunan silsilə tədbirləri davam etdirir.Növbəti layihə məşhur polşalı pianoçu Stanislav Deanın Azərbaycanın bölgələrinə səfərini nəzərdə tutur.Avropanın tanınmış pianoçusu mayın 5-də Lənkəranda, mayın 7-də Qəbələdə geniş tamaşaçı auditoriyası qarşısında çıxış edəcəkdir...

Aprelin 20-də Şəmkirdə irsi qan xəstəliklərindən əziyyət çəkən insanlara yardım məqsədilə qanvermə aksiyası keçirilmişdir. Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən aksiyaya rayonun idarə və müəssisələrinin nümayəndələri qoşulmuşlar. Tibbi prosedurları Mərkəzi Rayon Xəstəxanası əməkdaşları və Respublika Qan Bankının həkim briqadası aparmışlar...

Salyanda mənzil problemi olan 150 ailə üçün Heydər Əliyev Fondunun təşəbbüsü ilə fərdi ev tikintisinə başlanmışdır. Yeni yaşayış sahəsi şəhərin Plastik adlanan məhəlləsində salınır. Artıq 10-dan çox evin bünövrəsi qoyulmuşdur. Hər birinin yaşayış sahəsi 300-600 kvadratmetr olacaq yeni mənzillərin bir hissəsi sakinlərin ixtiyarına bu il veriləcəkdir...