Fəaliyyət

12.jpg
Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 4-də Bakının Xətai rayonundakı Əbilov yaşayış massivində yəhudi uşaqlar üçün Heydər Əliyev Fondu və “Or-Avner” Fondu tərəfindən inşa edilmiş 450 yerlik “Xabad-Or-Avner” təhsil mərkəzinin açılış mərasimində iştirak etmişdir. Mərasimə toplaşanlar – məktəbin açılışı münasibətilə respublikamıza gələn...

Heydər Əliyev Fondunun təşəbbüsü ilə Akademik Zərifə Əliyeva adına Azərbaycan Göz Xəstəlikləri İnstitutunun peşəkar tibb işçilərindən ibarət həkim briqadası Daşkəsəndə xeyriyyə aksiyası keçirmişdir.Müxtəlif xarici ölkələrdə peşə hazırlığı keçmiş yüksək ixtisaslı həkimlər gün ərzində 80 nəfərədək xəstəni müayinə etmişlər. Bunlardan 60 nəfəri yaşlı, 20 nəfəri isə yeniyetmə və azyaşlılardır...

HAF-QALA-SHUVALAN-IMECILIK (1).JPG

Sentyabrın 25-də Heydər Əliyev Fondunun təşəbbüsü ilə Xəzər İnkişaf Fondu və “Təmiz Şəhər” Açıq Səhmdar Cəmiyyəti Xəzər rayonunun Şüvəlan və Qala qəsəbələrində orta məktəb şagirdləri ilə birlikdə “Təmizlik naminə” şüarı altında iməcilik keçirmişlər. Tədbirdə Şüvəlan qəsəbəsinin 156, 230 və 237 nömrəli və Qala qəsəbəsinin 185 nömrəli orta məktəblərindən 200-dən artıq şagird və müəllim ...

01_H.A.FONDU-GURCUSTAN-MAKTAB.jpg

Heydər Əliyev Fondunun dəstəyi ilə Gürcüstanda təmir edilmiş üç Azərbaycan məktəbinin açılış mərasimi olmuşdur. Fondun “Təhsilə dəstək” layihəsi çərçivəsində Tbilisidəki M.F.Axundzadə adına 73 nömrəli orta məktəb, Qardabanidəkı 3 nömrəli Azərbaycan məktəbi və Dmanisidəki 2 nömrəli Azərbaycan beynəlxalq orta məktəbi əsaslı təmirdən sonra məktəblilərin ixtiyarına verilmişdir...

Sentyabrın 24-də Lerik Rayon Mərkəzi Xəstəxanasında Heydər Əliyev Fondunun təşəbbüsü ilə qanvermə aksiyası keçirilmişdir. Rayonda ilk dəfə keçirilən humanitar tədbirin birinci günü Bahadur Eyvazov adına Hematologiya və Transfiziologiya İnstitutunun 5 əməkdaşından ibarət həkim briqadası 300 nəfərdən qan götürmüşdür...