Xəbərlər

003.JPG

Yeni Azərbaycan Partiyasının gənclər təşkilatının ən fəal üzvləri dekabrın10-da ümummilli lider Heydər Əliyevin vəfatının 5-ci ildönümü ilə əlaqədar Heydər Əliyev Fondunda olmuşlar. Qonaqlara Fondun yaranması, fəaliyyəti barədə ətraflı məlumat verildi. Bildirildi ki, Fondun əsas məqsədi görkəmli dövlət xadimi Heydər Əliyevin zəngin siyasi irsini öyrənmək və təbliğ etməkdən, ulu öndərin Azərbaycanın ...

Heydər Əliyev Fondu müsəlman dünyasının müqəddəs Qurban bayramı münasibətilə Əzizbəyov rayonunda xeyriyyə tədbirləri keçirmişdir. Bayram münasibətilə Əzizbəyov rayonunun bütün qəsəbələrində İkinci Dünya, Qarabağ müharibəsi veteranlarına, şəhid ailələri, tənha və kimsəsizlərə, internat evlərinə, aztəminatlı ailələrə bayram sovqatları paylanmışdır...

004.JPG

Avropa Şurasının üzvü olan dövlətlərin mədəniyyət nazirlərinin “Mədəniyyətlərarası dialoq Avropa və onun qonşu regionlarında davamlı inkişafın və sülhün əsasıdır” mövzusunda Bakı konfransının iştirakçıları dekabrın 4-də Heydər Əliyev Fondunda olmuşlar. Burada qonaqlara xalqımızın ümummilli liderinin adını daşıyan Fondun yaranması, çoxşaxəli fəaliyyəti barədə geniş məlumat verilmişdir...

001.JPG

Görkəmli Azərbaycan rəssamı, Sosialist Əməyi Qəhrəmanı, SSRİ və Azərbaycan Dövlət mükafatları laureatı, SSRİ xalq rəssamı Tahir Salahovun yubileyində iştirak etmək üçün Bakıya gəlmiş xarici qonaqlar noyabrın 29-da Heydər Əliyev Fondunda olmuşlar. Qonaqlara ümummilli lider Heydər Əliyevin xatirəsinə ehtiram əlaməti olaraq yaradılmış Fondun məqsədləri barədə ətraflı məlumat verildi...

001.jpg

Noyabrın 24-də Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyeva görkəmli Azərbaycan rəssamı, Sosialist Əməyi Qəhrəmanı, SSRİ və Azərbaycan Dövlət mükafatları laureatı, SSRİ xalq rəssamı Tahir Salahov ilə görüşmüşdür...