Xəbərlər

001.JPG

Noyabrın 6-da Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva Fondun humanitar yardım çərçivəsində əldə etdiyi 10 böyrək hemodializ aparatını Səhiyyə Nazirliyinə təqdim etmişdir. Tibbi avadanlıq Almaniyanın “Fresenius Medical Care” şirkəti tərəfindən Heydər Əliyev Fonduna bağışlanan növbəti humanitar yardımdır...

01.JPG

Azərbaycanda MDB Gəncləri Günlərinin iştirakçıları noyabrın 6-da Heydər Əliyev Fondunda olmuşlar. Qonaqlara Fondun vəzifələri və fəaliyyəti barədə məlumat verilmişdir. Əsas məqsədi ulu öndərin zəngin irsinin öyrənilməsi və təbliği olan Fond, həmçinin uşaq və gənclərin sağlam, milli mənəvi dəyərlərə sadiq, hərtərəfli biliklərə malik vətəndaş kimi yetişməsi işinə xidmət edir.

02.JPG

Noyabrın 5-də Zirə qəsəbəsinin məktəbliləri arasında “Fənn olimpiadası” keçirilmişdir. Zirə mədəniyyət evində Heydər Əliyev Fondunun dəstəyi, Bakı Şəhəri üzrə Baş Təhsil İdarəsi və Əzizbəyov Rayon İnkişaf Fondu tərəfindən “Təhsilə dəstək” layihəsi çərçivəsində təşkil edilmiş olimpiadada qəsəbənin 120, 241 və 324 nömrəli məktəblərinin şagirdləri iştirak etmişlər...

02.JPG

Heydər Əliyev Fondunun dəvəti ilə Azərbaycana səfərə gələn bir qrup buxarestli gənc noyabrın 3-də Fondla tanış olmuşlar. Qonaqlara Fondun vəzifələri və fəaliyyəti barədə məlumat verilmişdir. Bildirilmişdir ki, əsas məqsədi ulu öndərin zəngin irsinin öyrənilməsi və təbliği olan Fond uşaq və gənclərin sağlam, milli mənəvi dəyərlərə sadiq, hərtərəfli biliklərə malik vətəndaş kimi yetişməsi işinə xidmət edir...

3 edit.JPG

Oktyabrın 29-da Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Ağsu şəhərində Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa olunacaq Uşaq-Gənclər Bədii Yaradıcılıq Məktəbinin təməlqoyma mərasimində iştirak etmişlər. Dövlətimizin başçısına məlumat verildi ki, Ağsu şəhər Uşaq-Gənclər Bədii Yaradıcılıq Məktəbinin tikintisi üçün 560 kvadratmetr torpaq sahəsi ayrılmışdır...