MADANIYYAT VA TURIZM NAZIRLIYI-HEYDAR ALIYEV FONDU-TANISHLIQ.JPG
3 may 2009

Mədəniyyət və Turizm Nazirliyinin nümayəndələri Heydər Əliyev Fondunda olublar

Mayın 3-də Mədəniyyət və Turizm Nazirliyinin nümayəndələri Heydər Əliyev Fonunda olmuşlar. 

 

Qonaqlara Fondun beş illik fəaliyyəti haqqında əraflı məlumat verildi.

 

Nazirliyin nümayəndələri dünyanın tanınmış siyasi xadimlərinin xalqımızın dahi oğluna bəxş etdikləri hədiyyələrlə, ulu öndərimiz haqqında kitablarla, ümummilli liderin dövlət təhlükəsizliyi orqanlarında, Moskvada yüksək dövlət vəzifəsində işləyərkən çəkilmiş şəkilləri, ailə albomu, dünyanın nüfuzlu siyasi, elm, mədəniyyət və incəsənət xadimlərinin Azərbaycan dövlətinin qurucusu haqqında fikirləri ilə tanış oldular.

 

Ulu öndərin Azərbaycanın xalq rəssamı Tahir Salahov tərəfindən 1983-cü ildə çəkilmiş portreti qonaqlarda xüsusi maraq doğurdu.


Bildirildi ki, ümummilli lider mədəniyyət və incəsənət xadimlərinə daim diqqət və qayğı ilə yanaşırdı.

 

Fondun 5 illik yubileyi münasibətilə nazirliyin adından Fonda ulu öndərin yeni fotoşəkilləri və mədəniyyət xadimlərinin təbrik sözlərinin, xoş arzularının yazıldığı albom hədiyyə olundu. Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bu şəkillərin Dövlət Film Fondunun arxivindən götürüldüyünü bildirdi. Əlamətdar yubiley münasibətilə Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanı mədəniyyət işçiləri adından təbrik edən nazir Fondun mədəniyyət sahəsində həyata keçirdiyi böyük layihələrin əhəmiyyətini vurğuladı, diqqət və qayğıya görə minnətdarlığını bildirdi.


FOTO