02_MILLI-MACLIS-HAYDAR-ALIYEV- YUBILEY-ICLASI.jpg
7 may 2013

Milli Məclis Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə təqdim edilən Amnistiya aktını qəbul edib

Mayın 7-də Milli Məclisdə Amnistiya aktı müzakirəyə çıxarılıb.


Amnistiya aktı Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın təşəbbüsü ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illik yubileyi ilə əlaqədar Milli Məclisin gündəliyinə daxil edilib.


Millət vəkili Mehriban Əliyeva iclasda çıxış etdi.


Sonra Amnistiya aktı yekdilliklə qəbul edildi.


Sənəddə Amnistiya aktının təxminən 9 min şəxsə şamil ediləcəyi bildirilir. Onlarda 2 mindən çoxunun azadlıqdan məhrumetmə yerlərindən azad olunacağı gözlənilir.


Layihəyə əsasən, böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlərə görə məhkum edilmiş qadınlar, cinayət törədərkən 18 yaşına çatmayanlar, birinci və ikinci qrup əlillər, 60 yaşına çatan kişilər, öhdəsində yetkinlik yaşına çatmayan yaxud birinci və ya ikinci qrup əlil övladı olanlar, Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün qorunması uğrunda döyüşlərdə iştirak etmiş, Azərbaycan ərazisinin bir hissəsinin işğalı nəticəsində öz doğma torpaqlarından məcburi köçürülmüş və bəzi digər kateqoriyalardan olan şəxslər azadlıqdan məhrumetmə cəzasından azad ediləcəklər.