14385125403132017362_1000x669.jpg
2 avqust 2015

Şirvanda 100 yerlik uşaq bağçası-körpələr evinin tikintisi yekunlaşıb

Şirvan şəhərində müasir tələblərə cavab verən 100 yerlik uşaq bağçası-körpələr evinin tikintisi başa çatıb.

 

Heydər Əliyev Fondunun təşəbbüsü və maliyyə dəstəyi ilə inşa olunan bağçanın tikintisinə ötən ilin payızında başlanılıb.

 

İkimərtəbəli bina müasir tələblərə tam cavab verir. Bağçanın yataq, oyun və tədris otaqları lazımi inventarlarla təchiz edilib, mətbəxdə müasir avadanlıqlar quraşdırılıb. Binada istilik sistemi qurulub, su və qaz xətti çəkilib, dayanaqlı enerji üçün transformator yarımstansiyası qoyulub. Bağçanın həyətində abadlıq işləri aparılıb, yaşıllıqlar salınıb, oyun meydançaları yaradılıb və müvafiq qurğular quraşdırılıb.