2013-cü il fevralın 20-də Fransanın Kolmar şəhərində Heydər Əliyev Fondunun təşkilatçılığı və ölkəmizin Fransadakı səfirliyinin dəstəyi ilə “Qafqazın mirvarisi olan Azərbaycanın mədəni dəyərləri” layihəsi çərçivəsində Azərbaycan günlərinin açılışı olub.
Kolmar şəhərində təşkil edilmiş sərgidə xalqımızın tarixi, mədəni dəyərlərini əks etdirən eksponatlar, Heydər Əliyev Fondunun Azərbaycan haqqında nəşrləri nümayiş olunub. Sərgi fevralın 24-dək davam edib.
Fevralın 20-də Kolmar şəhərinin bələdiyyə teatrında Azərbaycan incəsənət ustalarının konserti təşkil olunub.