Heydər Əliyev Fondu Böyük Vətən Müharibəsi veteranlarını daim diqqətdə saxlayır, müntəzəm olaraq onların problemləri ilə maraqlanır, qayğı göstərir. Veteranlara mütəmadi olaraq ünvanlı sosial yardım göstərilir, müharibə iştirakçılarının şərəfinə parklar salınır, onlara abidə ucaldılır, müxtəlif bayramlarda tədbirlər keçirilir.