Fondun strukturu

Heydər Əliyev Fondu qeyri-hökumət, qeyri-kommersiya təşkilatıdır. Fondun strukturu özündə kollegial və vahid hakimiyyətli rəhbərlik üsullarını birləşdirir.

 


Prezident


Prezident Fondun icraçı orqanıdır. Fondun prezidenti onun səlahiyyətli qanuni nümayəndəsidir. Prezident proqramların təsdiqlənməsi və onların həyata keçirilməsi üzrə ümumi rəhbərlik, Fondun fəaliyyətinin məqsədli prioritetlərinin, strukturunun və kadr tərkibinin müəyyən olunması və nizamnamə ilə müəyyən olunmuş digər məsələləri həll edir.


Heydər Əliyev Fondunun prezidenti Azərbaycan Respublikasının birinci xanımı Mehriban Əliyevadır.

 


İcraçı direktor


İcraçı direktor Fondun işinə bilavasitə rəhbərliyi, proqram və tədbirlərə nəzarəti həyata keçirir. O, Fondun prezidenti tərəfindən onun vəzifələri sırasına daxil edilmiş səlahiyyətlər çərçivəsində fəaliyyət göstərir və onun səlahiyyətləri sırasına daxil edilmiş məsələlər çərçivəsində Fondun səlahiyyətli nümayəndəsidir.


Heydər Əliyev Fondunun İcraçı direktoru Anar Ələkbərovdur.

 


Ekspert Şurası


Konsultativ qurum olan Ekspert Şurası qəbul olunan qərarların səmərəliliyini və effektivliyini təmin edir. Müxtəlif ixtisaslı ekspertlərdən təşkil olunmuş Ekspert Şurasının vəzifəsi müvafiq rəyləri, hesabatları və məruzələri hazırlayıb prezidentə təqdim etməkdən ibarətdir.

 

Konkret ixtisaslaşdırılmış funksiyaların və tapşırıqların yerinə yetirilməsi üçün Fondun strukturunda bir sıra qurumlar yaradılmışdır.

Təsisçi

Himayəçilik şurası

Təftiş komissiyası

Prezident

Vitse-prezident

Nümayəndəliklər

Ekspertlər şurası

İcraçı direktor

İnzibati idarə

Humanitar siyasət idarəsi