DSC04272.JPG
20 noyabr 2012

Rumıniyanın Əmək, Ailə və Sosial Müdafiə Nazirliyi ilə Heydər Əliyev Fondunun Rumıniya nümayəndəliyi arasında əməkdaşlıq sazişi imzalanıb

2012-ci il 20 noyabr tarixində Rumıniyanın Əmək, Ailə və Sosial Müdafiə Nazirliyi ilə Heydər Əliyev Fondunun Rumıniya nümayəndəliyi arasında əməkdaşlıq müqaviləsi imzalanıb. Tədbirdə Əmək, Ailə və Sosial Müdafiə naziri xanım Mariana Kampeanu, nazirliyin müşaviri Denisa Patraşku, nazirliyin tərkibində olan Əlillər və Uşaqların Müdafiəsi Departamentinin rəisi Anca Negoie, Heydər Əliyev Fondunun Rumıniya nümayəndəliyinin direktoru İqbal Hacıyev, Azərbaycan Respublikasının Rumıniyadakı səfirliyinin 3-cü katibi Anar Şükürov və Rumıniya dövlət KİV-lərinin nümayəndələri iştirak ediblər.

 

Tədbir zamanı İqbal Hacıyev Rumıniyada Heydər Əliyev Fondunun fəaliyyəti barədə iştirakçılara ətraflı məlumat vermiş və yeni imzalanmış əməkdaşlıq sazişinin Rumıniyada humanitar layihələrin həyata keçirilməsi üçün böyük dəstək olmasını vurğulamışdır.

 

Nazir Mariana Kampeanu Heydər Əliyev Fondunun Rumıniyadakı fəaliyyətini yüksək qiymətləndirdiyini və böyük önəm verdiyini bildirmişdir. Nazir yeni imzalanmış sazişin iki xalq arasında olan dostluq münasibətlərinin daha da möhkəmlənməsinə xidmət edəcəyini vurğulamışdır.

 

Tədbirin sonunda Mariana Kampeanuya Heydər Əliyev Fondu tərəfindən hazırlanmış suvenirlər təqdim edilmişdir.


FOTO

Paylaş: