13 sentyabr 2012

Heydər Əliyev Fondunun Rumıniya Nümayəndəliyi ilə Buxarest şəhərinin 6-cı sektoru arasında əməkdaşlıq sazişi imzalanıb

Sentyabrın 13-də Heydər Əliyev Fondunun Rumıniya Nümayəndəliyi ilə Buxarest şəhərinin 6-cı sektoru arasında əməkdaşlıq sazişi imzalanıb.

 

Buxarest şəhərinin 6-cı sektorunun İcra Hakimiyyətinin binasında keçirilən tədbirdə Heydər Əliyev Fondunun Rumıniya Nümayəndəliyinin direktoru İqbal Hacıyev, Azərbaycan Respublikasının Rumıniyadakı səfirliyinin konsulu Tehran Şükürov, Buxarest şəhərinin 6-cı sektorunun İcra Hakimiyyətinin başçısı Rareş Manesku və Buxarest şəhərinin 6-cı sektorunun Sosial müdafiə və Uşaq müdafiəsi idarəsinin rəhbəri Marius Lacatuş iştirak ediblər.

 

İkitərəfli əməkdaşlıq sazişi imzalandıqdan sonra Rareş Manesku Azərbaycan və Rumıniya arasında olan əlaqələrin yüksək səviyyədə olması, iki xalqların yaxınlığından, Heydər Əliyev Fondunun  Rumıniyadakı fəaliyyətindən məlumatlı olmasını və yüksək dəyərləndiyini söylədi.

 

Heydər Əliyev Fondunun Rumıniya Nümayəndəliyinin direktoru İqbal Hacıyev Heydər Əliyev Fondunun Rumıniyadakı 5 illik fəaliyyəti barədə məlumat verdi və 6-cı sektorla əlaqələrin birgə layihələr vasitəsi ilə möhkəmlənməsinə ümid etdiyini söylədi.

 

Tədbirin sonunda 6-cı sektorun İcra Hakimiyyətinin başçısına Azərbaycan suvenirləri təqdim olundu.


Paylaş: