8 noyabr 2012

Heydər Əliyev Fondunun təşəbbüsü ilə Həştərxan şəhərinin yuxarı sinif şagirdləri arasında “Təbiətin mühafizəsi” mövzusunda inşa yazı müsabiqəsinə başlanılıb

Heydər Əliyev Fondunun, Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının və Həştərxan Vilayət Administrasiyasının birgə təşkilatçılığı ilə Həştərxan şəhər məktəblərinin IX, X və XI sinif şagirdləri arasında “Təbiətin mühafizəsi” mövzusunda inşa yazı müsabiqəsinə başlanılıb.


Noyabr-dekabr aylarını əhatə edəcək müsabiqəyə 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günündə yekun vurulacaqdır.


Qaliblər fəxri fərman və qiymətli hədiyyələrlə mükafatlandırılacaqlar.