Heydər Əliyev Fondunun təşəbbüsü ilə “Beynəlxalq Xəzər həftəsi” çərçivəsində “Təmiz Şəhər” ASC tərəfindən növbəti iməcilik aksiyası keçirilib.
“Təmiz Şəhər” ASC ənənəvi olaraq ildə 2 dəfə - çimərlik mövsümündən əvvəl və sonra təmizlik aksiyaları təşkil edir.
“Təmizlik naminə!” şüarı altında keçirilən budəfəki aksiya çərçivəsində Buzovna çimərliyinin sahili müxtəlif tullantılardan təmizlənib.
Aksiyanın məqsədi ictimaiyyətin diqqətini çimərliklərin zibillənməsi probleminə cəlb etmək və təbiətə ziyanın mümkün qədər azaldılmasıdır.
İməciliyə 150-yə yaxın könüllü qoşularaq çimərliyi plastik qablardan, kağız, karton və digər məişət tullantılarından təmizləyiblər.
Buzovna çimərliyinin təmizlənməsi nəticəsində toplanmış tullantılar Balaxanı şəhər tullantılarının çeşidlənməsi zavoduna təhvil verilib.