1392968510.jpg
21 fevral 2014

“Təmiz şəhərim” müsabiqəsinin yekunları üzrə fotosərgi açılıb

Heydər Əliyev Fondunun təşəbbüsü ilə Qala qəsəbəsində reallaşdırılan “Təmiz Qala” layihəsi çərçivəsində “Təmiz şəhərim” müsabiqəsinin yekunları üzrə fotosərginin rəsmi açılışı olub.

 

“Təmiz Şəhər” ASC tərəfindən reallaşdırılmaqda olan “Təmiz Qala” layihəsi çərçivəsində keçirilən fotomüsabiqədə məqsəd “yaşıl düşüncə” prinsipini təbliğ etmək, gənclərin diqqətini paytaxtın gözəlliyinə, qorunub saxlanılmasına yönəltməkdir.

 

“Qız Qalası” qalereyasında keçirilən tədbiri açan “Təmiz Şəhər” ASC-nin idarə heyətinin sədri Zakir İbrahimov dövlət tərəfindən ekologiyaya və ətraf mühitə diqqətin əhəmiyyətini qeyd edib, bu sahənin Heydər Əliyev Fondu tərəfindən daim diqqət mərkəzində saxlanıldığını vurğulayıb. Zakir İbrahimov Qala qəsəbəsində Heydər Əliyev Fondunun təşəbbüsü ilə 2010-cu ildən həyata keçirilməkdə olan “Təmiz Qala” tullantıların idarəedilməsi üzrə layihənin əhəmiyyətindən də danışıb, bu layihə çərçivəsində həyata keçirilən maarifləndirmə tədbirləri haqda məlumat verib.

 

Sərgidə paytaxt Bakının gözəl yerlərinin əks olunduğu fotolarla yanaşı, insanlar tərəfindən tullantılarla çirklənmiş məkanların şəkilləri də nümayiş etdirilir. Məqsəd əhalini və Bakının qonaqlarını bu gözəlliyi birgə qorumağa səsləməkdir.

 

Sərgi fevralın 23-dək davam edəcək.

 

Ötən il noyabrın 20-dən dekabrın 10-dək keçirilmiş fotomüsabiqəyə tullantıların təkrar emalı, yenidən istifadə və ümumiyyətlə, ekoloji mədəniyyətin inkişaf etdirilməsi kimi mövzuları əhatə edən 300-dən çox foto təqdim olunub. Sərgidə münsiflər heyəti tərəfindən onların arasından seçilmiş 50 foto nümayiş etdirilir.


FOTO

Paylaş: