Aprelin 5-də Qaradağ rayonunda Heydər Əliyev Fondunun dəstəyi ilə ağacəkmə kampaniyasına başlanılıb. Rayonun Səngəçal və Sahil qəsəbələrinin nəzərdə tutulmuş ərazilərində, eləcə də Bakı-Salyan avtomobil yolunun kənarında 5 mindən çox ağac, o cümlədən eldar şamı, şam, sərv və müxtəlif növ gül kolları əkilib.
Aksiyada Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov, Şura üzvləri, idarə, müəssisə, təşkilat rəhbərləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.