01.jpg
5 yanvar 2010

Azərbaycanın uşaq və gənclərin sülh şəbəkəsinin üzvləri Heydər Əliyev Fondunda olublar

Azərbaycanın uşaq və gənclərin sülh şəbəkəsinin üzvləri yanvarın 5-də Heydər Əliyev Fondunda olmuşlar.

 

Qonaqlara Fondun tarixi və fəaliyyəti barədə məlumat verilmişdir.

 

Bildirilmişdir ki, əsas məqsədi ulu öndərin zəngin irsinin öyrənilməsi və təbliği olan Fond yarandığı gündən səhiyyə, təhsil, mədəniyyət və digər sahələrdə bir sıra layihələr həyata keçirmişdir.

 

Fond, həmçinin uşaq və gənclərin sağlam, milli mənəvi dəyərlərə sadiq, hərtərəfli biliklərə malik vətəndaş kimi yetişdirilməsi işinə xidmət edir.

 

Qonaqlar ümummilli liderin şəxsi arxivindən götürülmüş eksponatlara, təhsil ocaqlarında fərqləndiyini əks etdirən diplomlara, təltif olunduğu müxtəlif orden və medallara baxdılar.

 

Qeyd edildi ki, Azərbaycanın ən yeni tarixinin yaradıcısı və qurucusu - ümummilli liderin rəhbərliyi dövründə ölkə həyatının bütün sahələrində mühüm nailiyyətlər əldə olunmuşdur. Ümummilli liderin ölkəyə rəhbərlik etdiyi dövr tariximizə sabitlik və inkişaf dövrü kimi daxil olmuşdur.

 

Uşaqlar Fondla tanışlıqdan zəngin təəssüratlarla ayrıldılar.


FOTO