HAF-LITVA-TANISHLIQ (1).JPG
16 yanvar 2010

Litvanın təhsil və elm nazirinin başçılıq etdiyi nümayəndə heyəti Heydər Əliyev Fondunda olub

Bakıda səfərdə olan Litvanın təhsil və elm naziri Gintaras Styaponaviçyusun başçılıq etdiyi nümayəndə heyəti yanvarın 16-da Heydər Əliyev Fondunda olmuşdur.


Nümayəndə heyətinə ümummilli lider Heydər Əliyevin xatirəsinə ehtiram əlaməti olaraq yaradılan Fondun məqsədi və fəaliyyəti barədə məlumat verildi.

 

Bildirildi ki, Fond ulu öndər Heydər Əliyevin zəngin irsini öyrənir və təbliğ edir. Müxtəlif sosial-iqtisadi, mədəni layihələr həyata keçirməklə Azərbaycanın tərəqqisinə, mədəniyyətinin və tarixinin təbliğinə kömək edir.

 

Qonaqlara ulu öndərin şəxsi eksponatları barədə də məlumat verildi. Qeyd olundu ki, bütün eksponatlar ulu öndərin arxivindən götürülüb və onların arasında şəxsi əşyalar üstünlük təşkil edir.

 

Ümummilli lider Heydər Əliyevin təhsil ocaqlarında fərqləndiyini əks etdirən diplomlar, təltif olunduğu müxtəlif ordenlər və medallar, dövlət təhlükəsizlik orqanlarında çalışdığı illərdə çəkilən fotoşəkillər qonaqların marağına səbəb oldu. Muzeydəki ekspozisiyanın hər biri böyük azərbaycanlının həyat salnaməsini əks etdirir.

 

Ulu öndərin neft strategiyasını əks etdirən eksponatlara baxan nümayəndə heyətinə bu barədə də ətraflı məlumat verildi. Ümummilli liderin dünyanın böyük dövlətlərinin rəhbərləri, mədəniyyət, incəsənət xadimləri ilə keçirdiyi görüşlərdə çəkilmiş tarixi fotosənədlər də qonaqlarda maraq doğurdu.

 

Ekspozisiya ilə tanışlıqdan sonra Gintaras Styaponaviçyus Fondun xatirə kitabına ürək sözlərini yazdı.

 

Qonaqlar Fondun nəşrləri ilə tanış oldular. Onlara Fondun nəşr etdirdiyi və Azərbaycanda keçirilən beynəlxalq muğam festivalına həsr olunmuş albom, Heydər Əliyev Fondunun fəaliyyəti ilə bağlı bukletlər hədiyyə edildi.

 

Litvalı qonaqlar Fondun fəaliyyətini əks etdirən filmə də baxdılar. 


FOTO