FOND-YAP-XATAI-QADINLAR SHURASI-TANISHLIQ.jpg
11 fevral 2010

YAP Xətai rayon təşkilatı qadınlar şurasının üzvləri Heydər Əliyev Fondunda olublar

YAP Xətai rayon təşkilatı qadınlar şurasının üzvləri fevralın 11-də Heydər Əliyev Fondunda olmuşlar.

 

Qonaqlar ulu öndərin ömür yolu və fəaliyyəti ilə bir daha yaxından tanış olmuşlar. Onlara ümummilli liderimizin arxivindən götürülmüş və onun fəaliyyətinin müxtəlif dövrlərini əhatə edən fotoşəkillər barədə ətraflı məlumat verilmişdir.

 

Ulu öndər Azərbaycan qadınının ölkəmizin ictimai, siyasi, mədəni və digər sahələrindəki rolunu həmişə yüksək qiymətləndirmişdir. Onun ölkəmizdə Dövlət qadın siyasətinin həyata keçirilməsi haqqında imzaladığı tarixi fərmanlar və digər mühüm sənədlər qadınların cəmiyyətimizdə aparıcı qüvvələrdən birinə çevrilməsinə səbəb olmuşdur. Ümummilli liderin 1999-cu ilin martında Beynəlxalq Qadınlar Günü münasibətilə təşkil olunan təntənəli gecədə dediyi “Azərbaycan qadını, ölkəmizdə qadınların cəmiyyətdə yeri və mövqeyi bir çox başqa ölkələrdəkindən çox-çox üstündür”, - sözləri Azərbaycan qadınına olan hörmət və rəğbətinin bariz nümunəsidir.

 

Qadınlar şurasının üzvləri dahi şəxsiyyət Heydər Əliyevin həyatının müxtəlif məqamlarını əks etdirən fotoşəkillərə, dünyanın tanınmış siyasi xadimlərinin ona bəxş etdikləri hədiyyələrə, ulu öndərimiz haqqında kitablara, onun müxtəlif ölkələrin liderləri, elm, mədəniyyət və incəsənət xadimləri ilə çəkilmiş şəkillərinə maraqla baxmışlar.

 

Bildirilmişdir ki, Fond müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin zəngin elmi-nəzəri, siyasi irsinin öyrənilməsi, təbliği, görkəmli dövlət xadiminin ideyalarının həyata keçirilməsinə dəstək verilməsi məqsədi ilə yaradılmışdır.


Ziyarətçilər Fondla tanışlıqdan zəngin təəssüratlarla ayrılmışlar.


FOTO