01.JPG
24 fevral 2010

Ağır atletika üzrə Avropa Ustalar Komitəsinin rəhbər heyəti Heydər Əliyev Fondunda olub

Veteranlar arasında Azərbaycanın 4-cü açıq çempionatında iştirak etmək üçün Bakıya gəlmiş Ağır Atletika üzrə Avropa Ustalar Komitəsinin rəhbər heyəti fevralın 24-də Heydər Əliyev Fondunda olmuşdur.

 

Qonaqlar ümummilli liderin fenomen şəxsiyyət, mahir diplomat, görkəmli siyasətçi, nəcib insan olduğunu əks etdirən fotoşəkillərə baxdılar.

 

Ümummilli liderin orta və ali məktəbləri əla qiymətlərlə bitirməsi barədə attestatı və diplomu, əla təhsilə və nümunəvi əxlaqa görə tərifnaməsi, işlədiyi müxtəlif kollektivlərdə yalnız müsbət keyfiyyətlərlə səciyyələndirilən xasiyyətnamələri, keçmiş SSRİ-nin müxtəlif guşələrində, respublikamızın ayrı-ayrı şəhər və rayonlarında keçirilən tədbirlərdə çəkilmiş fotoşəkilləri, iş otağındakı əşyalar qonaqlarda maraq doğurmuşdur.

 

Məlumat verildi ki, ulu öndər digər sahələrə olduğu kimi, idmana da diqqət və qayğı ilə yanaşmışdır. Ümummilli liderin Azərbaycanın idman siyasətinin həyata keçirilməsi sahəsindəki xidmətləri əvəzsizdir. Heydər Əliyev idmanın, bədən tərbiyəsinin inkişafını hər bir sivilizasiyalı xalqın ali ideallarının təcəssümü olmaqla yanaşı, həm də dövlətin beynəlxalq nüfuz və mövqelərinin təntənəsi kimi qiymətləndirirdi.

 

Qonaqların diqqətinə çatdırıldı ki, ulu öndər idmanın dövlətimizin dünyada tanınmasında, imicinin möhkəmlənməsində müstəsna rolunu önə çəkərək, idmançıların hər zaman dövlətin qayğısı ilə əhatə olunmasına xüsusi fikir verirdi.


Fondla tanışlıqdan zəngin təəssürat aldıqlarını bildirən qonaqlar Xatirə kitabına ürək sözlərini yazdılar.


FOTO