02.JPG
20 aprel 2010

Küveyt dövləti Milli Məclisinin qadın deputatları və Küveyt–Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvlərindən ibarət nümayəndə heyəti Heydər Əliyev Fondunda olub

Azərbaycanda səfərdə olan Küveyt Dövləti Milli Məclisinin qadın deputatları və Küveyt–Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvlərindən ibarət nümayəndə heyəti aprelin 20-də Heydər Əliyev Fondunda olmuşdur.

 

Burada qonaqlara xalqımızın ümummilli liderinin adını daşıyan Fondun yaranması, çoxşaxəli fəaliyyəti barədə geniş məlumat verilmişdir.

 

Bildirilmişdir ki, ümummilli lider Heydər Əliyev respublikamıza rəhbərlik etdiyi dövrlərdə müsəlman ölkələri ilə əlaqələrin inkişafına xüsusi diqqət yetirmişdir.


Qonaqlar görkəmli siyasi və dövlət xadiminin şəxsi arxivindən götürülmüş və onun fəaliyyətinin ayrı-ayrı dövrlərini əhatə edən eksponatlara maraqla baxmışlar.

 

Məlumat verilmişdir ki, Fondun əsas məqsədi görkəmli siyasi xadim Heydər Əliyevin zəngin irsini öyrənmək və təbliğ etməkdən, Azərbaycanın sosial-iqtisadi, mədəni tərəqqisinə yönəlmiş genişmiqyaslı fəaliyyəti barədə gələcək nəsillərdə, xarici qonaqlarda əyani təsəvvür yaratmaqdan, Azərbaycan mədəniyyəti və tarixinin geniş təbliği ilə əlaqədar aparılan işlərə kömək göstərməkdən ibarətdir. Fondun prezidenti Mehriban xanım Əliyeva YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiridir.

 

Küveyt nümayəndə heyətinin rəhbəri xanım Məsumə Saleh əl-Mübarək Fondun xatirə kitabına ürək sözlərini yazmışdır. Qonaq Fonda xatirə hədiyyəsi təqdim etmişdir.


FOTO