02.JPG
28 aprel 2010

Rusiyanın Stavropol vilayətinin qubernatoru Valeri Qayevskinin başçılıq etdiyi nümayəndə heyəti Heydər Əliyev Fondunda olub

Rusiyanın Stavropol vilayətinin qubernatoru Valeri Qayevskinin başçılıq etdiyi nümayəndə heyəti aprelin 28-də Heydər Əliyev Fondunda olmuşdur.

 

Fondla tanışlıq zamanı rusiyalı qonaqlara onun vəzifələri və fəaliyyəti barədə ətraflı məlumat verilmişdir.

 

Qonaqlar burada ümummilli liderin həyat və fəaliyyətini əks etdirən zəngin ekspozisiya ilə tanış oldular.

 

Dahi şəxsiyyətin Bakıda, Naxçıvanda, Moskvada yaşadığı, işlədiyi illər, hakimiyyəti dövründə ölkənin müxtəlif sahələrində qazanılan uğurlar, həyata keçirilən layihələr barədə materiallar qonaqlarda böyük maraq doğurmuşdur.


Onların diqqətinə çatdırıldı ki, Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsi, ölkəmizin dinamik iqtisadi inkişaf yolu ilə inamla irəliləməsi, beynəlxalq nüfuzunun sürətlə artması ulu öndər Heydər Əliyevin səmərəli fəaliyyəti sayəsində mümkün olmuşdur. Ümummilli lider siyasi uzaqgörənliyi, qətiyyəti və əzmkarlığı ilə zəmanəmizin görkəmli siyasi xadimi kimi tanınmışdır.

 

Bütün həyatını xalqa sədaqətlə xidmətə həsr edən ulu öndər Heydər Əliyev öz titanik fəaliyyətində həmişə xalqa arxalanıb, ən çətin anlarda ona müraciət etmişdir.

 

Qonaqlar Heydər Əliyev Fondunun xatirə kitabına ürək sözlərini yazmışlar.


Sonda Fonda xatirə hədiyyəsi təqdim olunmuşdur. 


FOTO