001 HEYDER ELIYEV FONDU.JPG
13 yanvar 2009

Estoniya Prezidenti Toomas Hendrik İlves Heydər Əliyev Fondunda olub

Yanvarın 13-də Estoniya Prezidenti Toomas Hendrik İlves Heydər Əliyev Fondunda olmuşdur.

 

Azərbaycan Prezidenti İlham Əliyev və Fondun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva Estoniyanın dövlət başçısını və onun xanımı Evelin İlvesi səmimiyyətlə qarşıladılar.

 

Prezident İlham Əliyev ali qonağa Azərbaycan xalqının ümummilli liderinin xatirəsinə yaradılmış Fondun məqsədləri, ulu öndərin şəxsi arxivindən götürülmüş və onun fəaliyyətinin ayrı-ayrı dövrlərinə aid eksponatlar barədə ətraflı məlumat verdi.

 

Estoniya Prezidenti fenomen şəxsiyyət Heydər Əliyevin həyatının ən müxtəlif məqamlarını əks etdirən və Azərbaycan tarixinin bütöv bir dövrü barədə geniş təsəvvür yaradan çoxlu sənədlərlə, dünyanın tanınmış siyasi xadimlərinin bəxş etdikləri hədiyyələrlə, ulu öndərimiz haqqında kitablarla, dünyanın nüfuzlu elm, mədəniyyət və incəsənət xadimlərinin Azərbaycan dövlətinin qurucusu haqqında fikirləri ilə tanış oldu, müxtəlif ölkələrin liderləri ilə görüşlərdə çəkilmiş şəkillərə maraqla baxdı.

 

Prezident Toomas Hendrik İlves Fondla tanışlıqdan sonra Xatirə kitabına ürək sözlərini yazdı.

 

Sonra qarşılıqlı hədiyyələr təqdim olundu. Dövlət başçıları və xanımları Heydər Əliyev Fondunun fəaliyyəti haqqında filmə baxdılar.

 

Ali qonaq Fonddan zəngin təəssüratla ayrıldı.


FOTO