001.JPG
19 fevral 2009

“Bakı - İslam mədəniyyətinin paytaxtı–2009” mədəniyyət ilinin açılış mərasimində iştirak etmiş qonaqlar Heydər Əliyev Fondunda olublar

“Bakı - İslam mədəniyyətinin paytaxtı – 2009” Mədəniyyət ilinin açılışı münasibətilə Azərbaycana gələn xarici qonaqlar fevralın 19-da Heydər Əliyev Fondunda olmuşlar.

 

Azərbaycan xalqının ümummilli liderinin xatirəsinə yaradılmış Fondun məqsədləri, ulu öndərin şəxsi arxivindən götürülmüş və onun fəaliyyətinin ayrı-ayrı dövrlərinə aid eksponatlar barədə qonaqlara ətraflı məlumat verilmişdir.

 

Qonaqlar fenomen şəxsiyyət Heydər Əliyevin həyatının ən müxtəlif məqamlarını əks etdirən və Azərbaycan tarixinin bütöv bir dövrü barədə geniş təsəvvür yaradan çoxlu sənədlərlə, dünyanın tanınmış siyasi xadimlərinin bəxş etdikləri hədiyyələrlə, ulu öndərimiz haqqında kitablarla, dünyanın nüfuzlu elm, mədəniyyət və incəsənət xadimlərinin Azərbaycan dövlətinin qurucusu haqqında fikirləri ilə tanış oldular, müxtəlif ölkələrin liderləri ilə görüşlərdə çəkilmiş şəkillərə maraqla baxdılar.

 

Qonaqlara Heydər Əliyev Fondunun nəşrləri hədiyyə edildi.


FOTO