003.JPG
31 mart 2009

Rusiya Auditorlar Kollegiyası Mərkəzi Şurasının nümayəndə heyəti Heydər Əliyev Fondunda olub

Rusiya Auditorlar Kollegiyası Mərkəzi Şurasının sədri Aleksandr Rufun başçılıq etdiyi nümayəndə heyəti martın 31-də Heydər Əliyev Fondunda olmuşlar.

 

Azərbaycan xalqının ümummilli liderinin xatirəsinə yaradılmış Fondun məqsədləri, ulu öndərin şəxsi arxivindən götürülmüş və onun fəaliyyətinin ayrı-ayrı dövrlərinə aid eksponatlar barədə qonaqlara ətraflı məlumat verilmişdir.


Qonaqlar fenomen şəxsiyyət Heydər Əliyevin həyatının ən müxtəlif məqamlarını əks etdirən və Azərbaycan tarixinin bütöv bir dövrü barədə geniş təsəvvür yaradan çoxsaylı sənədlərlə, dünyanın tanınmış siyasi xadimlərinin bəxş etdikləri hədiyyələrlə, ulu öndərimiz haqqında kitablarla, dünyanın nüfuzlu elm, mədəniyyət və incəsənət xadimlərinin Azərbaycan dövlətinin qurucusu haqqında fikirləri ilə tanış oldular, müxtəlif ölkələrin liderləri ilə görüşlərdə çəkilmiş şəkillərə maraqla baxdılar.

 

Rusiya Auditorlar Kollegiyası Mərkəzi Şurasının sədri Aleksandr Ruf fondun xatirə kitabında ürək sözlərini yazdı.

 

Qonaqlar Fonddan zəngin təəssüratla ayrıldılar.


FOTO