01.JPG
6 noyabr 2009

“MDB Gəncləri Günləri” proqramı çərçivəsində gənclər forumunun iştirakçıları Heydər Əliyev Fondunda olublar

Azərbaycanda MDB Gəncləri Günlərinin iştirakçıları noyabrın 6-da Heydər Əliyev Fondunda olmuşlar.

 

Qonaqlara Fondun vəzifələri və fəaliyyəti barədə məlumat verilmişdir. Əsas məqsədi ulu öndərin zəngin irsinin öyrənilməsi və təbliği olan Fond, həmçinin uşaq və gənclərin sağlam, milli mənəvi dəyərlərə sadiq, hərtərəfli biliklərə malik vətəndaş kimi yetişməsi işinə xidmət edir.

 

Qonaqlar ümummilli liderin şəxsi arxivindən götürülmüş eksponatlara, təhsil ocaqlarında fərqləndiyini əks etdirən diplomlara, təltif olunduğu müxtəlif orden və medallara baxdılar. Qeyd edildi ki, Azərbaycanın ən yeni tarixinin yaradıcısı və qurucusu - ümummilli liderin rəhbərliyi dövründə ölkə həyatının bütün sahələrində mühüm nailiyyətlər əldə olunmuşdur.

 

Ümummilli liderin ölkəyə rəhbərlik etdiyi dövr tariximizə sabitlik və inkişaf dövrü kimi daxil olmuşdur.

 

Qonaqlar Fondun xatirə kitabına ürək sözlərini yazmışlar.  


FOTO