03_FOND-TASHKILATLAR-TANISHLIQ.JPG
12 dekabr 2009

Suraxanı rayon İcra Hakimiyyətinin nümayəndələri Heydər Əliyev Fondunda olublar

Suraxanı Rayon İcra Hakimiyyətinin nümayəndələri dekabrın 12-də ümummilli lider Heydər Əliyevin vəfatının 6-cı ildönümü ilə əlaqədar Heydər Əliyev Fondunda olmuşlar.

 

Onlara Heydər Əliyev Fondunun yaranması, fəaliyyəti barədə ətraflı məlumat verilmişdir.

 

Bildirilmişdir ki, Fondun əsas məqsədi görkəmli dövlət xadimi Heydər Əliyevin zəngin siyasi irsini öyrənmək və təbliğ etməkdən, ulu öndərin Azərbaycanın sosial-iqtisadi, mədəni tərəqqisinə yönəlmiş genişmiqyaslı fəaliyyəti barədə gələcək nəsillərdə, xarici qonaqlarda əyani təsəvvür yaratmaqdan, Azərbaycan mədəniyyəti və tarixinin geniş təbliği ilə əlaqədar aparılan işlərə kömək göstərməkdən ibarətdir.

 

Fond elm, təhsil, mədəniyyət, səhiyyə və sair sahələr üzrə genişmiqyaslı layihələr həyata keçirir, görkəmli siyasi xadimin arzularının reallaşmasına öz töhfəsini verir.

 

Ömrünü Azərbaycana və xalqına həsr etmiş, bugünkü müstəqil dövlətimizin qurucusu ulu öndər Heydər Əliyevin xatirəsinə hörmət və ehtiramlarını bildirmək üçün Fonda gələn qonaqlar buradakı zəngin ekspozisiya ilə yaxından tanış olmuşlar.

 

Sonra qonaqlar ulu öndərin həyat və fəaliyyətindən bəhs edən “Böyük ömrün anları” filminə baxmışlar.

 

Fenomen şəxsiyyətin mahir diplomat, görkəmli siyasətçi, nəcib insan, mehriban ailə başçısı kimi təqdim olunduğu bu filmdə ulu öndərin dilindən xalq mahnıları, şeirlər, müdrik kəlamlar da səslənir, onun Vətənə, xalqa nə qədər dərindən bağlı olduğu bir daha əyani şəkildə göz önündə canlanır.


FOTO