01_FOND-TASHKILATLAR-TANISHLIQ.JPG
11 dekabr 2009

“Bakielektrikşəbəkə” ASC-nin əməkdaşları Heydər Əliyev Fondunda olublar

Dekabrın 11-də ümummilli liderin xatirəsini anım günü ilə əlaqədar “Bakıelektrikşəbəkə” Açıq Səhmdar Cəmiyyətinin əməkdaşları Heydər Əliyev Fondunu ziyarət etmişlər. 

 

Məlumat verilmişdir ki, müasir müstəqil Azərbaycanın memarı və qurucusu ümummilli liderin rəhbərliyi dövründə ölkə həyatının bütün sahələrində mühüm nailiyyətlər əldə olunmuşdur. Ümummilli liderin Azərbaycana rəhbərlik etdiyi dövr tariximizə sabitlik və inkişaf mərhələsi kimi daxil olmuşdur. Qonaqlara ümummilli liderin energetika obyektlərinin tikintisində, mədəniyyət xadimləri, məşhur siyasətçilər, dünyanın bir çox tanınmış liderləri ilə çəkdirdiyi xatirə şəkilləri göstərilmişdir.

 

Energetiklər ulu öndərin həyat və fəaliyyətindən bəhs edən “Böyük ömrün anları” filminə baxmışlar.


FOTO