SARHADSIZ SOZ-FORUM ISHTIRAKCHILARI-HEYDAR ALIYEV FONDU TANISHLIQ (2).JPG
16 dekabr 2009

“Sərhədsiz söz” III beynəlxalq forumunun iştirakçıları Heydər Əliyev Fondunda olublar

Azərbaycan Yazıçılar Birliyinin (AYB) yaradılmasının və “Ədəbiyyat” qəzetinin nəşrə başlamasının 75 illik yubileyi ilə bağlı Bakıda keçirilən “Sərhədsiz söz” III Beynəlxalq forumunun iştirakçıları dekabrın 16-da Heydər Əliyev Fondunda olmuşlar.

 

Qonaqlara ümummilli lider Heydər Əliyevin xatirəsinə ehtiram əlaməti olaraq yaradılmış Fondun məqsədləri barədə məlumat verildi.

 

Forum iştirakçıları ulu öndərin şəxsi arxivindən götürülmüş və onun fəaliyyətinin ayrı-ayrı dövrlərini əhatə edən eksponatlara, fenomen şəxsiyyət Heydər Əliyevin həyatının ən müxtəlif məqamlarını əks etdirən və tariximizin bütöv bir dövrü barədə geniş təsəvvür yaradan sənədlərə maraqla tamaşa etdilər.

 

Görkəmli siyasi xadim Heydər Əliyevin genişmiqyaslı fəaliyyətini əks etdirən fotosənədlərə xüsusi maraq göstərən qonaqlara məlumat verildi ki, ümummilli lider Azərbaycana rəhbərliyinin bütün dövrlərində, yazıçı və şairlərə, ümumiyyətlə, mədəniyyət xadimlərinə diqqət və qayğı göstərmişdir.

 

Bildirildi ki, Fondun əsas məqsədləri ulu öndər Heydər Əliyevin zəngin irsini öyrənmək və təbliğ etməkdən, Azərbaycan mədəniyyəti və tarixinin geniş təbliği ilə əlaqədar aparılan işlərə kömək göstərməkdən ibarətdir.

 

Bundan əlavə, Fond bir çox sahələrdə genişmiqyaslı layihələr həyata keçirir, görkəmli siyasi xadimin arzularının reallaşmasına öz töhfəsini verir.

 

Qonaqlar Fonddan zəngin təəssüratlarla ayrıldılar.


FOTO